Masallıda “Nurlu yol” sənədli filmi nümayiş olunub
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Nurlu yol” sənədli filmi nümayiş olunub.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkilləri Anar İsgəndərov, Məşhur Məmmədov, Razi Nurullayev,Fazil Mustafa,Musa Qasımlı,Etibar Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, sahibkar Nəriman Əliyev, Fəxrəddin Baxışov, rayon ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Nurlu yol” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, “Masal prodakşn”ın istehsalı olan ekran əsəri böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunub.
“Nurlu yol” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, Musiqi tərtibatı Ruslan Zahidov, Diktor Gültəkin Cəfərova, Fotoqraflar – Nurşad Bayramov, Emil Nuriyev, Məsləhətçilər – Məşhur Məmmədov, Teymur Atayev və Fuad Mehdiyevdir. Nümayişdən öncə “Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərov çıxış edərək, sənədli filmin ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirdi.
Sənədli filmdə Teymur bəy Bayraməlibəyov rolunu Masallı Xalq Teatrının aktyoru Cavid Quliyev canlandırıb.