Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə

20 aprel 2024 | 12:10

Dövlət Məşğulluq Agentliyi tərəfindən Masallı rayonu üzrə 2023-cü ildə 167 nəfər, 01.01.2024-cü il tarixindən 31.03.2024-cü il tarixinədək 62 nəfər olmaqla ümumilikdə 229 nəfər avadanlıq və heyvandarlıqla təmin edilmişdir:

Onlardan iribuynuzlu heyvandarlıq üzrə 99 nəfər, xırdabuynuzlu heyvandarlıq üzrə 38 nəfər, kiçik dərzi sexi üzrə 17 nəfər, kiçik dülgər sexi üzrə 14 nəfər, un məmulatlarının istehsalı üzrə 13 nəfər, avto çilingər xidmətləri üzrə 12 nəfər, foto atelye, qadın gözəllik salonu, poliqrafiya, kişi bərbərxanası və digər sahələr üzrə 36 nəfər işlə təmin olunmuşdur.

Keçidlər