Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Prokurorluq işçilərinin Peşə bayramı qeyd olundu

29 sentyabr 2023 | 15:22

Masallı rayonunda Prokurorluq işçilərinin Peşə bayramı qeyd olunmuşdur.

Tədbirdə Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı rayon Prokuroru Vəli Mustafayev, digər hüquq mühafizə orqanları rəhbərləri və əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, sonra Masallı şəhər Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksini ziyarət edərək şəhidləri yad etmiş, Ümumilli Lider və şəhidlərin ruhuna dualar oxumuşlar.

Sonda tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər və Azərbaycanın hüquq mühafizəsinə həsr olunan foto stendlə tanış olmuşlar.

Keçidlər