Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qadın ömrü həyatın fəlsəfəsi”adlı tədbir

06 mart 2024 | 16:52
Martın 6-da Masallı rayon Heydər Əliyev Mərkəzində 8 Mart “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Qadın ömrü həyatın fəlsəfəsi”adlı tədbir keçirilib.
Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva , Masallı rayon Tarixdiyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva,Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi bildiriblər ki,Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir.Daha sonra Şəhid anası Mehriban xanım çıxış edərək bildirmişdir ki,ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.Çıxışının sonunda M.Əliyeva təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar!deyə fikrini tamamlamışdır.
Tədbirdə iştirak edən ziyalı xanımlardan Məhbubə Şahbazova,Dilarə Hüseynova,Lətifə Qəmbərzadə,Kinəxanım Əliyeva,Günay Xelilova bütün xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda xanımlar üçün təşkil olunmuş çay süfrəsi arxasında mövzu ilə bağlı maraqlı diskusiya aparılıb.
Keçidlər