Masallıda “Qadın zorakılığına qarşı mübarizə günü”nə həsr olunmuş tədbir
Noyabrın 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 25 noyabr-Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları iştirak edib.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 25 noyabr – Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününün yaranma səbəbi və ictimai diqqətin bu problemə yönəldilməsinin vacibliyindən geniş danışdı.
Sonra Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov zorakılığın müasir cəmiyyətdəki müxtəlif formaları və bu qlobal məsələnin daha çox qurbanı olan qadınların öz potensiallarını göstərmək üçün göstərə biləcəyimiz dəstəkdən danışdı.
Tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi apararaq mövcud problemlərin həlli üçün istifadə oluna biləcək çıxış yollarını da müzakirə etdilər.