Masallıda "Qadınların Maliyyə Savadlılığının Artırılması" adlı təlim
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı (GİKM) nümayəndəliyində "Qadınların Maliyyə Savadlılığının Artırılması" adlı təlim keçirilib.
Təlimdə Masallı Dövlət Regional Kollecinin tələbələri və müxtəlif sahələrdə işləyən qadınlar iştirak edib.
Təlimçilər Rəvan Cəfərli və Selcan Əlibəyovanın təqdimatında keçirilən təlimdə ağıllı büdcə, ailə büdcəsinin idarə olunması, gəlir və xərclərin planlaşdırılması, idarə olunması, maliyyə məqsədlərinin formalaşdırılması, yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması, borc almaq və investisiya kimi təməl maliyyə anlayışları, qadınların biznesdə rolu, maliyyə resurslarına çıxış, ideyadan biznesə, maliyyə məktəbi kimi mövzular ətrafında danışılıb, müzakirələr aparılıb.
İki sessiyadan ibarət olan təlimin ikinci sessiyasında mövzu haqqında yarış keçirilib, ilk 3 yerin sahibinə kitab hədiyyə olunub.
Qeyd edək ki, təlim Gənc Mühasiblər İctimai Birliyinin “Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilib.