Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qəhrəmanlarımızı tanıyaq” layihəsinin növbəti tədbiri

24 aprel 2025 | 18:50

Masallı Rayon İcra Hakimiyyəti və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Masallı rayon Təhsil Sektorunun dəstəyi ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı layihənin növbəti tədbiri keçirilib.

Qarabağ müharibəsi qəhrəmanlarını yeni nəsillərə tanıdılması məqsədilə keçirilən növbəti maarifləndirici tədbir Qəzvinoba kənd ümumi orta məktəbinin şagird və müəllim kollektivinin iştirak ilə keçirilib.

İlk olaraq vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ötən otuz il ərzində ölkəmizdə çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin , sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli güclənməsi , ölkənin nüfuzunun artması, tarixi torpaqlarımızın işğaldan azad etmək uğrunda birlik mübarizəmiz və bu mübarizədə canından keçən vətən oğulları haqqında danışıb.

Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov və qazilər Hikmət Salamzadə, Talib Qəzənfərli Vətən Müharibəsi zamanı keçdikləri şərəfli döyüş yolundan və şahidi olduqları şəhid qardaşlarının igidlik və qəhrəmanlıqlarından söhbət açıblar. Həmçinin qəhrəman qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər