Masallıda “Qələbə müjdəsi” mövzusunda tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzində işğaldan azad olunmuş Şəhərlərin Günü münasibəti ilə “Qələbə müjdəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir başlamazdan öncə Masallı şəhər Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsinin qarşısı və Qəhrəmanlar parkında yerləşən şəhidlər abidə kompleksinə gül qoyulmuşdur. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, məktəb direktorları, şəhid ailələri, qazilər, Füzuli rayondan məcburi köçkün ailəsi, mətbuat nümayəndələri iştirakı ilə Fizuli, Zəngilan və Qubadlı Şəhərləri Günü münasibəti ilə “Qələbə müjdəsi” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.
Daha sonra Füzuli, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması və Prezident İlham Əliyevin xalqa müraciətinin videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı torpaqlarımızın düşmən tapdağından azad olunmasından üç il ötdüyünü qeyd edərək bildirdi ki, Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Biz bu gün bu tədbirdə Füzuli, Zəngilan və Qubadlı Şəhəri günlərini qeyd edirik. Eyni zamanda da qeyd etmək istəyirəm ki, keçrilən bu tədbir respublikanın hər yerində, eləcə də rayonumuzda keçrilən Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamıdır.
“Heydər Əliyev İli” Azərbaycan tarixində, xalqımızın yaddaşında möhtəşəm qələbələr, tarixi anlarla yaddaşlarda qalmaqdadır. 30 ildən artıq müddətdə həsrətində olduğumuz torpaqlarımız düşməndən azad olundu ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurlara görə Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladları, qüdrətli Ordumuzun əsgərləri, qəhrəman igidlərimizə borcluyuq.
Daha sonra Masallı Viləş Uşaq Bağcasının fidanlarının təqdimatında “Qələbə müjdəsi” adlı Kompozisiya, Banbaşı məktəbinin müəllimi Aygün Rəşidova, Baş gizir– Aprel və 44 günlük Vətən Müharibəsi qazisi, Cəbrayılın azad olunmasında iştirak etmiş Nazim Cəfərzadə, Dəmirçi kənd ümumi orta məktəbinin müəllimi İradə İmambəyli, Köçəkli kənd tam orta məktəbinin direktoru - 44 günlük Vətən Müharibəsi qazisi, Qubadlının azad olunmasında iştirak etmiş baş leytenant Ceyhun Qurbanov və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov çxışlarında Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunmuş rayonlarımızın azadlığından danışıblar. Natiqlər tərəfindən işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Füzuli, Zəngilan və Qubadlı rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib.