Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025

01 dekabr 2025 | 17:18

Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür.
Masallı rayonunda rayon İcra Hakimiyyəti, bələdiyyə, idarə, müəssisə, təşkilat və xeyriyyəçilər tərəfindən aşağıda qeyd olunmuş işlər görülmüşdür.

Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Hişkədərə ərazisində 650 metr məsafədə kanal təmizlənmişdir.

Bədəlan kəndində 30 metr Çayqıraq kəndində 200 metr məsafədə suötrücü kanal xeyriyyəçilərin maddi dəstəyi ilə təmizlənmişdir. Bədəlan ərazisinin Çayıraq kəndində 100 metr məsafədə suötürücülər borular yerləşdirilmişdir. (650 manat)

Türkoba ərazisinin Qəzvinoba kəndində bələdiyyə tərəfindən 400 metr məsafədə suaparıcı kanal təmizlənmisdir

Masallı Su Meliorasiya İdarəsi tərəfindən Xıl ərazisində 450 metr və Xırmandalı ərazisində isə 250 metr suaparıcı kanal lildən təmizlənmişdir.

Sərçuvar ərazisində Masallı Su Meliorasiya İdarəsi tərəfində 400 metr məsafədə "Kor çay" və 810 metr digər suaparıcı kanal lildən təmizlənmişdir.

Yeyənkənd kəndində xeyriyyəçilər tərəfindən 40 metr uzunluğunda mərkəzi su tutar təmizlənmişdir.

Keçidlər