Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib-

26 iyun 2026 | 12:54

25 iyun 2026-cı il tarixində Masallı Dövlət Regional Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi çərçivəsində üçüncü maarifləndirici tədbir baş tutub.

Tədbirdə “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov, Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Aybəniz Novruzova, rayon gəncləri, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər. Görüş zamanı qohum evliliklərinin genetik riskləri, gələcək nəsillərin sağlamlığına təsiri, irsi xəstəliklərin yaranma ehtimalı və bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti barədə geniş təqdimatlar və müzakirələr aparılıb.

Çıxış edənlər qeyd ediblər ki, qohum evlilikləri nəticəsində bəzi genetik xəstəliklərin ortaya çıxma riski artır və bu səbəbdən cəmiyyətin mövzu ilə bağlı düzgün məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Tədbir iştirakçıları ilə interaktiv fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihənin əsas məqsədi qohum evliliklərinin mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaq, sağlam ailə institutunun formalaşmasına töhfə vermək və genetik risklərlə bağlı maarifləndirmə işini gücləndirməkdir.

Keçidlər