Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qubadlı Şəhəri Günü” münasibətilə tədbir

26 oktyabr 2024 | 17:44

       Masallı rayon Mərkəzi Kitabxanasında Qubadlı Şəhəri Günü ilə əlaqədar “Qubadlıya zəfərlə qayıdış” adlı tədbir keçirildi. 

Masallı Rayon İcra Hakimiyyəti, Mərkəzi Kitabxana Sistemi, Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi iştirakçıları, gənclər və mədəniyyət işçiləri iştirak etdilər.

          Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

         Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 25-də Qubadlı şəhəri günü qeyd olunur. O, çıxışında vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfər milli dövlətçilik baxımından böyük naillyyətdir. Qarabağın 30 ildən artıq davam etmiş işğal günləri  tarixə qovuşub, xalqımız uzun müddət arzusunda olduğu qələbənin sevincini yaşayır.

         Sonra çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova çıxışında Qarabağ münaqişəsinin ədalətli həll olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasətinin mühüm rolundan, işğaldan azad olunan torpaqlarda həyata keçirilən yenidənqurma və bərpa işlərindən danışıb.

   Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, qazi anası Lətafət Əlirzayeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin katibi Vəkil İsmayılov, Muzeyin kiçik elmi işçisi Dilguşə Məmmədova, 44 günlük Vətən Müharibəsi iştirakçısı Mircavid Qiyasov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətindən, qələbənin sürətlə gerçəkləməsində dövlət, xalq və ordu arasında sarsılmaz vəhdətin, əsgər və zabitlərimizin misilsiz şücaətinin mühüm amillər olmasından söhbət açıblar.

Rayon Mərkəzi Kitabxanasında Qubadlı Şəhəri Günü ilə əlaqədar “Qubadlıya zəfərlə qayıdış” adlı tədbir orda iştirak edən Vətən Müharibəsinin iştirakçılarının “Fəxri Fərman”la təltif edilməsi ilə yekunlaşdı.

Keçidlər