Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon icra başçısının 15 iyul 2022-ci il tarixli vətəndaş qəbulu

15 iyul 2022 | 18:44
 15 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Növbəti qəbulda 44 nəfərdən çox vətəndaş — Əlizadə Mikayıl Rasim oğlu, Səfərəliyev Rəvan Cəmil oğlu, Heydərov Təbriz Bəhmən oğlu, Abiyev Ruslan İsa oğlu, Salmanlı Nəciməddin Niyaməddin oğlu, Fərəcov Fərhad Təşər oğlu, Məmmədov Əli Rəhman oğlu, Əzizov Elnur Əfrail oğlu, Mustafayeva Qızılgül Əsgər qızı, Səfərova Gülçöhrə Mirzəmməd qızı, Hüseynov Elmurad Əlifəttah oğlu, İsmayılova Zeynəb Feyzulla  qızı, Ağaşov Haqverdi İmamverdi oğlu, Quliyev Hənifə Möhübbət oğlu, Hüseynov Kamil Seyfulla oğlu, Quliyeva Adilə Yaşar qızı, Məmmədova Kamilə Zahid qızı, Əliyev Arif İmanverdi oğlu, Həsənov Həsən Hüseyn oğlu, İsgəndərov Nuriddin Ələsgər oğlu, Yusifova Səadət Vasif qızı, Şirəliyeva Yeganə Kamil qızı, Əliyeva Sənubər Hafiz qızı, Aslanova Ellada Sabir qızı, Abbasov İdris Muxtar oğlu və başqaları iştirak etmiş, maddi köməklik və işlə təmin olunması, oğlunun DİN orqanlarında polis işççisi düzəlməsi, sosial yardım, pensiya təyin edilməsi, sosial yardım almasından ötrü imtina cavabı verilməsi, azyaşlı uşağının xəstəliyi, payıbəlli,  həyətyanı torpaq sahəsinin verilməsi,  evinin təmiri və evinə qaz xəttinin çəkilməsi, Həsənli-Köçəkli yolunun asfalt olunması, Qarabağ əlili qardaşının təyinatında adının səhv yazılması, sel-sular nəticəsində dəymiş ziyan, kəndin üstündəki bənd yolunun təmiri, azyaşlı qıza toy eləməsinə icazə verilməsi, üç uşaq anasının övladının xəstə və məişət şəraitinin yaxşı olmaması və s. məsələlər barəsində müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.

Keçidlər