Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri 102 yaşlı sakini ziyarət etdi

10 yanvar 2024 | 19:55

10 yanvar 2024-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov rayonun Şərəfə inzibati ərazisinin Ağakişibəyli kənd sakini, 102 yaşını yenicə tamam etmiş, Əliyeva Kifayət Fərzi qızını ziyarət etmişdir.

Ziyarət zamanı rayon rəhbəri Kifayət Əliyevanın səhəti və qayğıları ilə maraqlanıb, ona can sağlığı arzulamışdır.

Kifayət Əliyeva onu ziyarət edən rayon rəhbərinə minnətdarlığını ifadə edərək bildirmişdir ki, Ölkə Başçısının rəhbərliyi ilə biz ahıllar daim diqqət və qayğı ilə əhatə olunuruq. Rayonun 102 yaşlı sakini ona göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə bir daha minnətdarlığını bildirdi.

Keçidlər