Masallıda rayon rəhbəri Ərkivan qəsəbəsində Şəhidlər Abidə Kompleksini ziyarət etdi
06 noyabr 2026 | 17:20
06 noyabr 2026-cı il tarixdə 8 noyabr-Zəfər günü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ərkivan qəsəbəsində yerləşən şəhidlər abidə kompleksini ziyarət etmişdir.
Ziyarətdə rayon rəhbəri ilə birgə aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzmüş, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.






