Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir

16 aprel 2025 | 18:11

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə Ərkivan qəsəbəsində yanan ev yenidən tikilərək vətəndaşın istifadəsinə verilmişdir.

Bununla əlaqədar olaraq Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Ərkivan qəsəbəsində evi yanan Yadulla Əliyevin ailə üzvləri ilə yeni tikilmiş evində görüşmüş və ailənin qayğıları ilə maraqlanmışdır. Ailənin istəyi həyətində su quyusunun qazılması olmuş rayon rəhbəri ailənin istəyini dinləyərək ən qısa zamanda həyətində su quyusunun qazılaraq təhvil veriləcəyini bildirmişdir.

Ev sahibi ona göstərilən diqqət və qayğıya görə, evinin tikintisi və daim diqqətdə saxlanıldığına görə Ölkə Başçısı Cənab İlham Əliyevə, rayon rəhbərinə, xeyriyyəçilərə və zəhməti olan hər kəsə minnətdarlığını ifadə etmişdir.

Keçidlər