Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri faciə ilə nəticələnən yanğın baş vermiş evdə oldu

07 sentyabr 2022 | 21:55

06 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Masallı rayon Hüseynhacılı kəndində yaşayış evində baş verən yanğın nəticəsində bir ana və iki övladı olmaqla bir ailənin 3 üzvünün həyatını itirməsinə səbəb oldu.

Yanğın 1951-ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus, sahəsi 300 kvadratmetr olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində baş verib. Nəticədə ana, 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva və övladları - 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq həyatını itirmişlər.

07 sentyabr 2022-ci il tarixdə hadisə yerinə gələn Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vəfat edənlərin yaxınları ilə görüşüb, ailəyə başsağlığı verib.

Görüşdə Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, kənd ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Araz Əhmədov və Milli Məclisin deputatları bir ailədə üç nəfərin faciəsi ilə nəticələnən şəxslərin yaxınlarına Allahdan səbr diləyiblər.

Keçidlər