Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri Həsənli və Xırmandalı kənd ərazilərində

23 avqust 2022 | 18:44

23 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Həsənli və Xırmandalı ərazilərinin sakinləri ilə görüşmüşdür.

Görüşdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov, baş məsləhətçi Vəli Muxtarov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan 1941-1945-ci illərin Böyük Vətən müharibəsi, Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə-bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.
Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Qeyd etmək yerinə düşər ki, rayon rəhbəri Həsənli kənd qəbiristanında tanınmış din xadimi, cəmiyyətdə dərin nüfuzu olan Hacı Şeyx Əlibala Tahir oğlunun məzarını ziyarət etmiş, üzərinə təzə güllər düzmüşdür.

Daha sonra icra başçısı Xırmandalı qəbiristanında 10 may 1927-ci ildə kənddə andan olmuş, 1949-cu ildən Baki Baş Tikinti İdarəsində inşaatçı işləmiş, Əməkdar inşaatçı, İki dəfə Lenin və Qırmızı Əmək Bayrağı ordenli, Moskvada keçirilən Sov.İKP 25-ci və 26-cı qurultaylarının nümayəndəsi olmuş, Sosialist Əməyi Qəhrəmanı (1980), 28 aprel 2001-ci ildə, 73 yaşında vəfat etmiş, cəmiyyətdə dərin nüfuzu olan Məhəmməd Səməd oğlu Hüseynovun da məzarını ziyarət etmiş, üzərinə tər güllər düzmüşdür.

Araz Əhmədov həmçinin Xırmandalı kənd qəbiristanında uzun müddət Daxili İşlər orqanlarında və sonradan dövlət qulluğu sıralarında da qüsursuz işləmiş, cəmiyyətdə dərin nüfuzu olan Hüseynov Rizvan Məmmədhüseyn oğlunun da məzarını ziyarət etmiş, üzərinə təzə güllər düzmüşdür.

 İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. 

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.

Keçidlər