Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri Qarğalıq və Şərəfə ərazilərində

09 avqust 2022 | 18:38
09 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Qarğalıq, Xallıcalı, Kürdəbaz, Qədirli, Əminli və Şərəfə kəndlərinin sakinləri ilə görüşmüşdür.

Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev və Afəddin Kərimov ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. 

Qarğalıq, Xallıcalı, Kürdəbaz, Qədirli, Əminli və Şərəfə kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdə Rəbbi Kərimov, Füzuli Zeynalov, Salam Nəzərov, Hidayət Vəliyev, Süleyman Quliyev, Zülfüqar Fətullayev, Oruc Əsədov, Saməddin Bəgişov, Cahid İbişov, Qoşqar Quliyev, Elşad Əsgərov, Xankişi Xankişiyev, Ağamirzə Əhədov, Rafət Abbasov və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, köməklik göstərilməsini xahiş etmişlər.

Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülmüşdür.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.

Keçidlər