Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə  və Öncəqala ərazilərində

06 avqust 2022 | 17:56
06 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərinin sakinləri ilə görüşmüşdür.

Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri, Qəşəm Hadıyev, Afəddin Kərimov, şöbə müdiri əvəzi Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət edir, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyurlar.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. 

Qızılavar, Lürən, Musaküçə  və Öncəqala kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Xanımnisə Mirzəyeva, Hacı Balakərim Mövsümov, Cahan Şükürova, Gülpaşa Kərimov. Məmmədağa Eynullayev, Rəfail Babayev, Qoşqar Məmmədov, Şəbnəm Şükürova, Urşan Məmmədov, Rafiq Məmmədov, Rəvan Abbasov və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, köməklik göstərilməsini xahiş etmişlər.

Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülmüşdür.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.

Keçidlər