Masallıda rayon rəhbəri şəhid ailələri ilə görüş keçirib
08 noyabr 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, onların müraciətləri dinlənilib, şəhid ailələrinə göstərilən dövlətin diqqət və qayğısının daim davam etdirildiyi vurğulanıb.
Görüşdə rayon rəhbəri ilə yanaşı rayonun hüquq mühafizə, idarə, müəssiə, təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və bələdiyyələr iştirak edib.
Rayon rəhbəri çıxış edərək bildirmişdir ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Sonda şəhid ailələri narahat edən məsələlər dinlənilmiş, bir sıra məsələlər qanunamüvafiq cavablar verilmiş və həlli zaman tələb edən məsələlərlə bağlı müvafiq qeydlər aparılaraq aidiyyatı üzrə tapşırıqlar verilmişdir.






