Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri Milli Qəhrəmanın anasını yenidən ziyarət etdi

27 oktyabr 2022 | 15:18

27 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov və aparatı Azərbaycanın Milli Qəhrəmanı Səfərəli Məmmədovun anası Şahdəstə Məmmədovanı Masallı rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduqdan sonra Sərçuvar kəndində, yaşadığı evdə növbəti dəfə ziyarət etmişdir.

Qeyd etmək istərdik ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov 14 oktyabr 2022-ci il tarixdə Şahdəstə Məmmədovanı ziyarət etmişdir. Milli Qəhrəman anası onu ziyarət edən rayon rəhbərinə səhətində narahatçılıq olduğunu bildirmiş və rayon rəhbəri Milli Qəhrəman anasını müayinə və müalicə olunmasından ötrü Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi tapşırığını Baş həkimə vermişdir.

İcra başçısı şəhid anası Şahdəstə Məmmədovanı ziyarət zamanı tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət dəstəyindən, onlara göstərilən diqqət və qayğıdan söhbət açmışdır.

Sonra Araz Əhmədov Qəhrəman şəhid anasının qayğıları ilə maraqlanmışdır.

Rayon rəhbərinin tapşırığından sonra müayinə və müalicə olunaraq evinə dönən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova icra başçısı ilə geniş söhbətində onların ailəsinə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və Vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin onu növbəti dəfə ziyarət etdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova  dərin minnətdarlığını bildirmişdir.

Keçidlər