Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Sabahın 5 əsgərinə ev olaq" devizi altında ev tikildi

20 dekabr 2023 | 16:14

20 dekabr 2023-cü il tarixdə Masallı Rayon Banbaşı kəndində I Qarabağ şəhidi Rəhimov Sərhəddin Yadulla oğlunun bacısı, 5 uşaq anası Rəhimova Fərqanə Yadulla qızı üçün fərdi yaşayış evi tikilərək istifadəyə verildi.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, təşkilatçılar, dəstək olanlar, şəhid ailələri, qohumlar və qonşular iştirak etmişlər.

Qeyd edək ki, fərdi yaşayış evi Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun təşəbbüsü, “Viləş" Uşaq Bağçasının direktoru Şəfa Allahverdiyevanın təşkilatçılığı, sahibkarların, xaricdə yaşayan xeyirxah Azərbaycanlıların və yerli xeyriyyəçilərin maddi dəstəyi ilə fərdi yaşayış evi tikilərək təhvil verilmişdir.

Açılış mərasimdə təşkilatçı, “Viləş" Uşaq Bağçasının direktoru Şəfa Allahverdiyeva bildirmişdir ki, Masallı rayon Köçəkli kəndinin I Qarabağ şəhidi Rəhimov Sərhəddin Yadulla oğlunun bacısı, 5 uşaq anası Rəhimova Fərqanə Yadulla qızı üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günü ərəfəsində “Sabahın 5 əsgərinə ev olaq" devizi altında həyata keçirilən lahiyəyə əsasən tiklilmiş evin ümumi sahəsi 80 kv.metr olmaqla, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşağdan ibarətdir. Mənzil tam təmirli olmaqla yanaşı bütün kommunal xidmətləri, mebel dəsti və digər məişət əşyaları ilə təmin olunmuşdur.
Evin açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ilk öncə çox uşaqlı ailənin başçısı Fərqanə xanımı təbrik etmiş, yeni evində xoşbəxt həyat yaşamağı, 5 övladının uğurunu görməyi arzulamışdır. Eyni zamanda rayon rəhbəri bu xeyirxah təşəbbüsə təşkilatçılıq edən, mümkün dəstəyi verən hər kəsə minnətdarlığını bildirmişdir.
Ailə başçısı və uşaqlar onların mənzil şəraitin yaxşılaşdırılmasına görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, təşəbbüskar olan rayon rəhbərinə, təşkilatçı və dəstək olanların hər birinə dərin minnətdarlığını ifadə etdi.
Sonda evin açılışını bildirən rəmzi lent kəsildi və çay süfrəsi arxasında qonaqlar ailənin sevincinə şərik oldular.

Keçidlər