Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Sağlam həyat tərzi və xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici təbliğat-təşviqat işləri

03 noyabr 2024 | 17:42

Masallı rayonunda əhalinin müxtəlif yaş kateqoriyaları arasında sağlam həyat tərzi və davranış risk amillərinə görə vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi ilə əlaqədar olaraq mütəmadi tədbirlər həyata keçirilir.

     Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin müxtəlif yaş kateqoriyaları arasında, əsasən işləyən əhali üçün, yeniyetmələr və gənclər arasında sağlam ətraf mühit, sağlam həyat tərzi narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsirləri və s. ilə bağlı maarifləndirmə işini ümumtəhsil müəssisələrində, Kollecdə və əhalinin sıx toplaşdığı yerlərdə aparılmasını təşkil edərək həyata keçirir. 

         Monitorinqlər keçirilən zaman bir qrup əhali arasında alkoqolun, tütünün istifadəsinin insan orqanizminə mənfi təsirləri,  fiziki aktivliyin, idman hərəkətlərinin orqanizim üçün faydaları barədə ətraflı məlumatlar verilir. Həmçinin əhali arasında zərərli vərdişlərdən istifadə haqqında suallar verməklə onlar arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsidə həyata keçirilir.

            Bundan başqa dayanıqlı nəticə əldə etmək üçün əhalinin sıx toplaşdığı yerlərdə, idarə müəssisə və təşkilatlarda maarifləndirmə məqsədi ilə plakatlar asılır, bukletlər paylanılır və sosial şəbəkələrdə   sosial çarxlar şəklində məlumatlar paylaşılır.

         Qeyd edirik ki, bundan sonra da “Sağlam həyat tərzi və xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici təbliğat-təşviqat işləri davam etdiriləcəkdir.

Keçidlər