Masallıda “Sağlam Məktəbli” layihəsi – Şərəfə kəndində
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Masallı rayonunun 95 illiyi və Masallı şəhərinin 65 illiyi münasibətilə Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Masallı Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə Masallı rayonunun ümumtəhsil müəssisələrində “Sağlam Məktəbli” layihəsi uğurla uğurla həyata keçirilib.
Layihə çərçivəsində Masallı Bioloji Təbabət Klinikasının həkim-pediatr, klinik psixoloq və fizioterapevt mütəxəssisləri Masallı rayonu ərazisində 9 tam orta məktəbdə valideynlərlə görüş həyata keçiriblər. Görüş zamanı uşaqların fiziki və psixoloji sağlamlığı mövzusunda maarifləndirici çıxışlar edilib, valideynləri maraqlandıran suallar cavablandırılıb. Layihədə 700-dən çox valideyn iştirak etmişdir.