Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması” adlı silsilə təlimlər

18 mart 2024 | 11:22

Masallı rayon Ümumtəhsil məktəblərində şagirdlər üçün “Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması” adlı silsilə təlimlər təşkil olunub

Masallı rayon İcra Hakimiyyəti, Masallı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər ümumillikdə 4 məktəbi əhatə edib.

Masallı şəhər 1 nömrəli, Masallı şəhər 3 nömrəli, Masallı şəhər Dəfinə liseyi və Gəyəçöl kənd tam orta məktəblərində keçirilən fəaliyyətlərdə əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təlimlərdə Masallı rayon Heydər Əliyev Mərkəzinin Direktoru Dilbər İbayeva, və Masallı rayon İcra Hakimiyyətinin əməkdaşı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu  Aybəniz Novruzova çıxış edərək şagirdlərə, zorakılıq hallarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda müəllim heyətinə məlumat verməyi, dərslərinə məsuliyyətlə yanaşmağı tövsiyyə ediblər.

GİKM-in Masallı bölməsinin əməkdaşı, təlimçi Orxan Əliyevin təqdimatında keçirilən seminarda “Zorakılıq nədir”, “Zorakılıq hallarının qarşısını necə ala bilərik”, “Zarafat və sataşmanın fərqləri nələrdir”, “Kiberbullinq hallarından necə qorunmaq olar”, “Sağlam mühitin formalaşmasında şagirdin rolu” kimi mövzulardan danışılıb.

İnteraktiv keçən təlimlər zamanı şagirdlərlə söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən təlimlərdə 400-dən çox məktəbli iştirak edib.

Keçidlər