Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sağlamlıq imkanları məhdud sahibkarlarla görüş

17 fevral 2023 | 10:20

Masallı Sənaye Məhəlləsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan sahibkarlıq subyektləri ilə görüş keçirilmişdir.

Görüşdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Niyazi Bağırov, Əlil Sahibkarlara Dəstək İctimai Birliyinin sədri Mirzəməmməd Vəliyev, Kiçik və Orta Biznes Lənkəran Regionalın kordinatoru Rahib Cəbiyev, Kiçik və Orta Biznes Lənkəran regional kordinatorluğunun Masallı üzrə KOB dostu Cavid Əzizov, Lənkəran-Astara Regional Məşğulluq Mərkəzinin əməkdaşı Hüseyn Fətullayev, xalçaçılar və dərzilər iştirak etmişdir.

Tədbirdə Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən xalçaçılıq və dərzilik işlərinin cari dövr üzrə vəziyyəti barədə söhbət açılmış, gələcək planlar müzakirə edilmiş və təkliflər dinlənilmişdir.

Tədbirin sonunda peşə hazırılığı kursunu bitirmiş bir qrup müdavimə sertifikatlar təqdim edilmişdir.

Keçidlər