Masallıda sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici tədbir
17 mart 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən sağlamlıq naminə fiziki aktivliyə dair hazırlanmış maarifləndirici materiallar əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 23 dekabr 2015-ci il tarixdə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Masallı rayonunda maarifləndirici söhbətlərin aparılması həmin Strategiyanın 9.2.1-ci bəndində nəzərdə tutulmuş “Sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların hazırlanaraq təşviq edilməsi” ilə əlaqədar olmuşdur.