Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şahmat turniri yekunlaşdı

31 yanvar 2023 | 16:11

Masallıda “Gənclər həftəsi” çərçivəsində şahmat turnirinə yekun vurulub.

31 yanvar 2023-cü il tarixində “Gənclər həftəsi” çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman Şahmat Məktəbində 2-fevral Azərbaycan Gəncləri Günü münasibətilə “Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” mövzusunda uşaqlar, yeniyetmələr və gənclər arasında “Şahmat” idman turnirinə yekun vuruldu. Mükafatlandırılma mərasimində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin baş təlimatçısı Famil Fərmanlı çıxış edərək, yarışın keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək, onların idmana marağını artırmaq, eləcə də daha güclü uşaqları seçib rayon və respublika birinciliklərinə çıxarmaqdan ibarət olduğunu vurğulamışlar. İsveçrə sistemi üzrə 3 yaş qrupu (12;14;16) və 7 turdan ibarət olan yarışın yekun nəticəsinə əsasən (16 yaş oğlanlar və qızlar arasında) Ramazanov Əli və Şahmarova Ayşən l yerə, Cəfərov Yusif və Ağacanova Leyla ll yerə, Ağacanov Fuad və Ağacanova Lalə lll yerə, (14 yaş oğlanlar və qızlar arasında) Sadıqzadə Miryusif və Qaraşlı Aydan l yerə, Ağakişiyev Rza və Qaraşlı Nuray ll yerə, Cəfərov Səccad və Təhməzli Nisə lll yerə, (12 yaş oğlanlar arasında) Mustafazadə Məhəmməd l yerə, Həsənov Nihad ll yerə və Əlizadə Dəniz lll yerə layiq görülüblər. Qeyd edək ki, şahmat turnirində qalib gəlmiş idmançılar “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi, Masallı rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Şahmat Məktəbi tərəfindən diplomlarla mükafatlandırıldı.

Keçidlər