Masallıda sarımsaq istehsalı
20 iyul 2022 | 19:01
Masallı rayonu üzrə cari ildə sarımsaq istehsalçıları 80,5 ha sahədən 1365,3 ton vəya 13653 sentner məhsul götürmüşlər. Belə ki, rayon ərazisində ən çox məhsul götürən ərazilərdən Qızılağac kəndi - 10 ha, 175 ton və ya 1750 sentner, Təklə kəndi 14 ha, 238 ton və ya 2380 sentner və Xırmandalı kəndində 5 ha, 98 ton və ya 980 sentner məhsul istehsal olunmuşdur.