Masallıda Səfərbərlik Xidmətinin yaranmasının 14 illik yubileyi
13 fevral 2026 | 11:00
13 fevral 2026-cı il tarixdə Masallıda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 14 illik yubileyi qeyd olunub.
Masallı Rayon İcra Hakimiyyətinin və SHXÇDX-nin rayon şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, SHXÇDX-nin rayon şöbəsinin rəisi və şöbənin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, qazilər, ziyalı, ağsaqqallar və gənclər Masallı şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.






