Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 18.03.2026
18 mart 2026 | 15:20
Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
18 mart 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Masallı rayonunun Göyəçöl kəndində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 150 ədəd sərv ağacı əkilmişdir.






