Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib 13 mart 2026

13 mart 2026 | 16:52

13 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Masallı şəhəri ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təşkil olunan aksiyada şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə 165 ədəd eldar şamı, 480 ədəd sərv və 285 ədəd dəmir ağacı əkilib.

Keçirilən aksiya ətraf mühitin mühafizəsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yaşıllıq zolaqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Keçidlər