Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
12 mart 2026 | 16:00
12 mart 2026-cı il tarixində Masallı rayonunda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Təklə dairəsi ərazisində baş tutub.
Tədbirdə 12 ərazi nümayəndəliyinin əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.
Aksiya çərçivəsində ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə 100 ədəd göyrüş ağacı və 15 kq cücərdilmiş palıd qozası əkilib.
Belə tədbirlərin keçirilməsi rayon ərazisində yaşıllıq sahələrinin artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına və təbiətin qorunmasına töhfə verir və gələcəkdə də davam etdiriləcəkdir.






