Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə  əlaqədar tədbir keçirilib

13 mart 2026 | 16:05

13 mart 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Tarix-diyarşünaslıq Muzeyi və Mərkəzi Rayon Kitabxanasının birgə təşkilatçılığı ilə Masallı Rayon Tarix-diyarşünaslıq Muzeyində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Rayonlarda şəhərsalma mədəniyyəti:tarixi yanaşma” adlı tədbir  keçirilmişdir.

Masallı Tarix-diyarşünaslıq Muzeyində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş nitqi ilə açan Masallı Tarix-diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva  “Şəhərsalma və Memarlıq İli”  “çərçivəsində keçirilən “Rayonlarda şəhərsalma mədəniyyəti:tarixi yanaşma” adlı tədbirin mahiyyəti barədə geniş məlumat verdi.

            Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarərəsinin nümayəndəsi Salman Yunusov bildirdi ki, tarixi yanaşma baxımından rayonlarımızın şəhərsalma mədəniyyətinə nəzər saldıqda görürük ki, qədim yaşayış məskənləri təbii-coğrafi şəraitə uyğun şəkildə qurulmuş, ictimai məkanlar, yaşayış evləri və təsərrüfat sahələri bir-biri ilə ahəngdar şəkildə yerləşdirilmişdir. Bu isə həm estetik, həm də funksional baxımdan yüksək şəhərsalma düşüncəsinin mövcud olduğunu göstərir.Bu gün müasir şəhərsalma prosesində əsas vəzifələrdən biri də həmin tarixi irsi qorumaq, onu müasir tələblərlə uzlaşdırmaq və gələcək nəsillərə çatdırmaqdır. Rayonlarımızın inkişafı yalnız yeni tikililərlə deyil, həm də onların tarixi memarlıq simasının qorunması ilə ölçülür.

Masallı  Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun Baş məsləhətçisi Nuranə Muradova bildirdi ki, prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın şəhər və rayonlarının planlı inkişafına, memarlıq irsinin qorunmasına və müasir şəhərsalma mədəniyyətinin formalaşmasına verilən böyük əhəmiyyətin göstəricisidir.Şəhərsalma yalnız binaların və yolların tikintisi deyil. Bu, insanların yaşayış mühitinin düzgün təşkil olunması, tarixi irsin qorunması və gələcək nəsillər üçün sağlam və estetik mühitin yaradılması deməkdir. Əminəm ki, bugünkü tədbir rayonlarımızın şəhərsalma mədəniyyətinin daha dərindən araşdırılması, tarixi irsin qorunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı müzakirələrə şərait yaradacaqdır.

Daha sonra çıxış edənlər, Azərbaycan Yazıçılar Birliyinin Masallı Təşkilatının sədri, “Yeni Həyat” qəzetinin əməkdaşı Akif Əliyev, Mərkəzi Rayon Kitabxanasının müdiri Zamin Məmmədov bildirdilər ki, Şəhərsalma yalnız binaların və küçələrin planlaşdırılması deyil. Bu, eyni zamanda cəmiyyətin inkişaf səviyyəsini, mədəniyyətini və tarixə münasibətini əks etdirən mühüm bir sahədir. Xüsusilə rayonlarımızda formalaşmış şəhərsalma ənənələri xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir.Tarixə nəzər saldıqda görürük ki, rayonlarda salınmış yaşayış məntəqələri təbii şəraitə uyğun şəkildə qurulmuş, küçələr, meydanlar və yaşayış evləri insanların gündəlik həyatına rahatlıq gətirəcək formada planlaşdırılmışdır. Bu yanaşma həm praktik, həm də estetik baxımdan çox dəyərli bir şəhərsalma təcrübəsini ortaya qoyur.Bu gün isə əsas məqsədlərdən biri həmin tarixi şəhərsalma irsini qorumaq, onu müasir inkişaf prosesləri ilə düzgün şəkildə əlaqələndirməkdir. Çünki tarixini qoruyan və ona dəyər verən şəhərlər daha dayanıqlı və cəlbedici inkişaf yoluna sahib olur.

Keçidlər