Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid adına görülmüş işlər barədə - 17.03.2025

17 mart 2025 | 17:02

Masallı rayonunda şəhid adı daim uca tutularaq şəhidlər doğum, anım günləri yad edilir, şəhid ailələri ziyarət olunur, müharibə əlilləri və müharibə iştirakçıları dövlətin diqqət və qayısı ilə əhatə olunurlar.
Bədəlan ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə I Qarabağ müharibəsi şəhidləri Fərzullayev Arif Eynulla oğlu və Qulamov Davud Allahman oğlunun adını daşıyan 1,1 km məsafədə olan küçə cari təmir olunmuş, Bədəlan kəndində I Qarabağ şəhidi Qulamov Davud Allahman oğlunun məzarı təmir olunmuş, Şərəfə ərazisində Masallı Rayon İcra Hakimiyyətinin maddi dəstəyi ilə ümumi uzunluğu 1,3 km olan şəhid Ramazan Vəliyev küçəsinin 400 metrlik hissəsinə çınqıl tökülərək hamarlanmış, Boradigah qəsəbə ərazi nümayəndəliyi və Boradigah bələdiyyəsinin təşəbbüsü, xeyriyyəçilərin maddi dəstəyi ilə Şəhid Qeysər Məmmədov küçəsinə 4 yük maşını çınqıl tökülərək hamarlanmışdır.

Keçidlər