Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01–31 yanvar 2026-cı il
Masallıda şəhid ailələri və məzarlarını ziyarət
01–31 yanvar 2026-cı il
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlərin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət edilmiş, ailə üzvləri ilə görüşlər keçirilmiş və sosial-məişət qayğıları ilə maraqlanılmışdır. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılmış, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının daim diqqətdə saxlanılması məqsədilə tədbirlər görülmüşdür.
Bütün qeyd olunanlara nümunə olaraq, 01–31 yanvar 2026-cı il tarixlərində rayonun Ərkivan, Boradigah, Banbaşı, Bədəlan, Böyük Kolatan, Çaxırlı, Göyəçöl, Güllütəpə, Həsənli, Hişkədərə, Köhnə Alvadı, Mahmudavar, Musaküçə, Öncəqala, Qarğalıq, Qızılavar, Qodman, Sərçuvar, Şıxlar, Şərəfə, Təklə, Təzə Alvadı, Təzəkənd, Tüklə, Türkoba, Viləş, Xıl, Xırmandalı və Yeyənkənd ərazilərində şəhid məzarları ziyarət edilmiş, onların əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Bədəlan, Göyəçöl, Güllütəpə, Həsənli, Köhnə Alvadı, Lürən, Mahmudavar, Qarğalıq, Qızılağac, Sərçuvar, Sığdaş, Təklə, Tüklə, Türkoba, Viləş, Xırmandalı və Öncəqala kəndlərini əhatə edən ərazi nümayəndəlikləri tərəfindən şəhid ailələri mütəmadi olaraq ziyarət edilmişdir.
Əlavə olaraq, şəhidlərin anım və ya doğum günü ilə əlaqədar olaraq:
- Boradigah ərazisində şəhid Fərasət Qubad oğlu Paşayevin anım günü münasibətilə məzarı ziyarət edilmişdir.
- Banbaşı ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Bəşir Nuriyevin anım günü münasibətilə ailəsi və məzarı ziyarət edilmişdir.
- Güllütəpə ərazisində Vətən müharibəsi şəhidi Rəşid Lətifovun doğum günü münasibətilə məzarı ziyarət olunmuşdur.
- Qarğalıq ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Rəşad Ağayevin doğum günü ilə əlaqədar məzarı ziyarət edilmişdir.
- Qızılağac ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Şahin Abbasovun anım günü ilə əlaqədar məzarı ziyarət edilmiş, həmçinin Vətən müharibəsi şəhidi Əlisa Əliyevin doğum günü münasibətilə ailəsi ziyarət olunmuşdur.
- Köhnə Alvadı ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun məzarı ziyarət edilmişdir.
- Mahmudavar ərazisində Birinci Qarabağ müharibəsi şəhidləri – İdris Ağayevin məzarı ziyarət olunmuş, Teymur Rəsulovun anım günü və Siyasət Fərəcovun doğum günü münasibətilə məzarları ehtiramla yad edilmişdir.
- Təzəkənd ərazisində Birinci Qarabağ Müharibəsi şəhidi Mirrövşən Nəbizadənin anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
- Tüklə ərazisində Birinci Qarabağ müharibəsi şəhidi İlqar Əliyevin anım günü münasibətilə ailəsi ziyarət edilmişdir.
- Xırmandalı ərazisində Vətən müharibəsi şəhidi Masim Qurbanovun doğum və anım günləri ilə əlaqədar məzarı ziyarət olunmuş, antiterror əməliyyatı şəhidi Şəmistan Yusiflinin doğum günü münasibətilə, eləcə də Birinci Qarabağ müharibəsi şəhidləri Xıdır Məmmədovun anım və doğum günləri, Şaiq Qənbərovun isə anım günü ilə əlaqədar məzarları ziyarət edilmişdir.
- Yeyənkənd ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Ərzuman İsmayılovun məzarı ziyarət olunmuşdur.
- Təzə Alvadı ərazisində Milli Qəhrəman Elşad Əhmədovun məzarı nümayəndəlik tərəfindən ziyarət edilmişdir.
- Sərçuvar ərazisində Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun doğum günü ilə əlaqədar məzarı və ailəsi ziyarət edilmişdir.
Şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, onların sosial problemlərinin operativ şəkildə araşdırılması və həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.






