Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələri və məzarlarını ziyarət - 07-30 aprel 2025-ci il

30 aprel 2025 | 17:03

Masallı rayon İcra Hakimiyyəti Başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Belə ki, 2025-ci ilin 07-30 aprel tarixlərində Masallı rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Masallı şəhər, Boradigah qəsəbə, Mahmudavar, Güllütəpə, Tüklə, Sərçuvar, Qızılağac, Təklə, Qızılavar, Göyəçöl, Miyanku, Köhnə Alvadı, Lürən, Viləş, Bədəlan, Təzəkənd, Sığdaş, Qodman, Yeddioymaq, Kolatan, Hişkədərə, Banbaşı, Xırmandalı, Həsənli, Çaxırlı və Şərəfə kəndlərində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq görüşlər keçirilmiş və onların problemləri dinlənərək həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.

Keçidlər