Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-30 dekabr 2025-ci il
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Mahmudavar, Viləş, Güllütəpə, Sərçuvar, Xıl, Türkoba, Təzə Alvadı, Köhnə Alvadı, Təklə, Öncəqala, Miyanku, Həsənli, Xırmandalı, Banbaşı, Böyük Kolatan, Qarğalıq, Yeyənkənd, Çaxırlı, Musakücə, Yeddioymaq və Sığdaş ərazilərində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görüşlər keçirilmiş və onların problemləri dinlənərək həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.






