Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il

31 may 2025 | 12:50

Masallı rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Belə ki, 2025-ci ilin 20-30 may tarixlərində Masallı rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Tüklə, Təzə Alvadı, Xıl, Lürən, Təzəkənd, Mahmudavar və Sərçuvar ərazilərində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görüşlər keçirilmiş və onların problemləri dinlənərək həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.

Keçidlər