Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət 17 mart 2025-ci il

17 mart 2025 | 16:43

Masallı rayonunda şəhid adı daim uca tutularaq şəhidlər doğum, anım günləri yad edilir, şəhid ailələri ziyarət olunur, müharibə əlilləri və müharibə iştirakçıları dövlətin diqqət və qayısı ilə əhatə olunurlar.

Belə ki, Lürən ərazi nümayəndəliyi tərəfindən Şəhid Həmidov Namiq Nəcəf oqlunun doğum günü Şıxlar ərazi nümayəndəliyi, Yeddioymaq bələdiyəsi və Şıxlar ümumi orta məktəb kollektivi şəhid Natiq Orucovun anım günü, Xırmandalı kənd ərazi nümayəndəliyi tərəfindən Ərəb kəndində I Qarabağ müharibəsi şəhidi Hacıyev Müqəddəs Vəlişan oğlunun doğum günü Mahmudavar ərazisinin Rüdəkənar kəndində şəhid Arzuman Qurbanovun anım günü Qızılavar ərazisində şəhid Elşən Heybətovun anım günü ilə əlaqədar məzarları ziyarət olunmuşdur.

Əlavə olaraq qeyd etmək istərdik ki, rayonun Çaxırlı, Hişkədərə, Mahmudavar, Sığdaş, Təklə və Qızılavar ərazi nümayəndəlikləri tərəfindən şəhid ailələri ilə yanaşı şəhid məzarları ziyarət olunmuşdur. 

Keçidlər