Masallıda şəhid ailələrinə yeni evlər inşa edilir
Masallının Bala Təklə və Yolağac kəndindən olan şəhidlərin ailələrinə yeni evlər inşa edilir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm yer tutur. Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır.
Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının nəticəsidir.
Masallıda rayon rəhbərliyinin təşəbbüsü ilə rayonun Bala Təklə kəndində, Qarabağ müharibəsi şəhidi Ağayev Yavər Balaxan oğlu və Masallı şəhərində rayonun Yolağac kəndindən olan 44 günlük Vətən Müharibəsi şəhidi Əzizov Raqib Vidadi oğlunun ailəsi üçün fərdi yaşayış evlərinin inşasına başlanılmışdır.
Şəhidlərin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olan hər kəsə dərin minnətdarlığını bildirmişlər.