Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş turnir

11 may 2022 | 18:45

Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə turnir keçirilib

        11 may 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə “Masallı Gəncləır evi” sosial xidmət müəsissəsində şəhid mayor Novruzov Anar Gülverdi oğlunun xatirəsinə həsr olunmuş  Masallı rayon tam orta və ümumi orta ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Tir atıcılığı” üzrə rayon turniri keçirilib.

        Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,Təhsil şöbəsinin əməkdaşı Əkbər Mahmudov, SHXÇ üzrə DX-nın Masallı rayon  şöbəsinin əməkdaşı gizir Urfan Məmmədov, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin müdiri Fuad Mənsimov, I və II Qarabağ müharibəsinin iştirakçıları Camaləddin Məmmədov və Həmid M’nsimov , şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov və şəhid mayor Anar Novruzovun övladı Nihat Növruzov  tədbirdə çıxış edərək  şəhid mayor Anar Novruzovun keçdiyi şərəfli döyüş yolundan və keçimiş xatirələrindən danışaraq yarış iştrakçılarına uğurlar arzulamışlar.

    Qeyd edək ki, turnirdə qalib gəlmiş şagirdlər 12 may 2022-ci il tarixdə Anar Növruzovun doğum günündə təşkil ediləcək anım tədbirində Masallı rayon Gənclər və İdfman İdarəsi tərəfindən mükafatlandırılacaq

Keçidlər