Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid məzarları və ailələri ziyarət edilir

04 noyabr 2023 | 11:50

Masallı rayonunda Masallı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən rayonun bütün ərazilərində İcra Hakimiyyəti Başçısının nümayəndələri, bələdiyyələr, ziyalılar və ağsaqallar tərəfindən şəhid məzarları və şəhid ailələri mütəmadi olaraq ziyarət olunur, onların qayğıları ilə maraqlanılır.

            Belə ki, xüsusi ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Masallı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən bu ənənə daha geniş şəkildə davam etdirilir.

            Şəhid ailələri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını bildirirlər.

Keçidlər