Masallıda şəhid və qazi ailələri ziyarət olunub
Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü və maddi dəstəyilə rayonun Güllütəpə, Tatyanoba və Yeni Zuvand kəndlərindən olan şəhid və qazi ailələri ziyarət olunub.
Ziyarətlərdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, MİHİ-nin Masallı rayon komitəsinin sədri Vəkil İsmailov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı mədəniyyət işçiləri şəhid və qazi ailə üzvlərinin kədərini bölüşüb, onlara mənəvi dəstək və ehtiramlarını ifadə edərək ailələrin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar.
Valideynlər isə övladlarının həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətiriblər.
Sonra MİHİ-nin Masallı rayon komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları ailələrə təhvil verilib.