Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şəhidlər fədakarlıq rəmzidir” mövzusunda tədbir

06 oktyabr 2022 | 22:02

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Namiq Allahverdiyevin anadan olmasının 55 illiyinə həsr olunmuş “Şəhidlər fədakarlıq rəmzidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Namiq Allahverdiyev kimi öz həyatını Azərbaycan üçün yaşamış igidlərimizin qəhrəmanlığı gələcək nəsillərə örnəkdir.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məruzə edib.

Keçidlər