Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sənaye məhsulu istehsalı

07 iyul 2023 | 18:29

Masallı Rayon Statistika idarəsindən verilən məlumata görə 2023-cü ilin yanvar-mart ayları ərzində 24742,7 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində emal sektoru 77,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi 21,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi 1,3 faiz təşkil etmişdir. Məhsulun 77,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi olmamışdır.

Emal sektorunda 2023-cü ilin yanvar-mart ayları ərzində 19195,9 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 20,8 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda məhsul istehsalının real həcmi 2022-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 9,5 faiz artaraq 5225,2 min manat təşkil etmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi həcmi 2022-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 37,9 faiz artaraq 321,6 min manat təşkil etmişdir.

Keçidlər