Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Səngər Qəhramanları” adlı tədbir

27 sentyabr 2022 | 20:11

Masallıda 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Səngər Qəhramanları” adlı tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər və gənclər iştirak edib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direkoru Dilbər İbayeva tədbir iştirakçılarını salamlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.

Sonra isə Masallı rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov  Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasından geniş danışıb.

Birinci Qarabağ müharibəsi qazisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Cəmaləddin Məmmədov döyüş yolundan və onunla çiyin-çiyinə döyüşən əsgərlərin vətən sevgisindən, onların döyüş əzmindən söhbət açıb.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin şücaətindən danışan GİKM-in Masallı nümayəndəliyinin Gənc könüllüsü Murad Əlizadə bildirib ki, döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər olub. 44günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib.

Sonra “Yeni Həyat” qəzetinin əməkdaşı Akif  Ağayev Azərbaycan mətubatının Müharibə dövründəki fəaliyyətindən, şəhid ailələri və qazilərdən aldığı müsahibələrdən söhbət açıb.

44 günlük Vətən müharibəsində böyük hünər və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş vətən oğlu Araz Seyfullayevin anası Günay Seyfullayeva oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşündən danışıb.

Keçidlər