Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərbəst güləş üzrə rayon turniri

20 yanvar 2023 | 16:42

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə rayon turnirinə yekun vuruldu.

Masallı Rayon Gənclər və İdman İdarəsi və Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş sərbəst güləş idman növü üzrə məktəblilər arasında rayon turnirinə yekun vurulub.

Miyankü kənd məktəbinin idman zalında təşkil olunan yarışlar öncəsi 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb, faciə haqqında məktəblilərə məlumat verilib.

İki gün (18-19 yanvar) davam edən turnirə 110-a yaxın güləşçi qatılıb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışların yekun nəticələrinə əsasən ilk üç yeri tutan idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən yayındırılması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Keçidlər