Masallıda sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması ilə bağlı müşavirə
24 iyul 2024-cü il tarixdə Masallı rayon Mahmudavar kəndində Masallıda sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan rayon rəhbəri bildirmişdir ki, Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, sitrus meyvəçiliyi, çay və çəltikçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının bu sahəsinin inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması ilə bağlı məruzə ilə çıxış etmişdir.
Sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov, Tüklə kənd sakini, “Seyrangah” aqroturizm təsərrüfatının rəhbəri Seyran Burhanov, Mahmudavar kənd sakini, “Baba Bulağı” MMC-nin rəhbəri Zəmanə Babayeva, Tüklə kənd sakini, “Uğur” MMC-nin rəhbəri Əbdül İsmayılov, Şıxlar kənd sakini, fermer Ədalət Əliyev və başqaları çıxış edərək sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması ilə bağlı fikir və təkliflərini səsləndirmişlər.
Müşavirə fermerləri maraqlandıran sualları cavablandırılması ilə yekunlaşmışdır.