Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sitrus meyvəçiliyinin inkişafı yeni mərhələdə

23 may 2023 | 12:03

Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 13 fevral 2018-ci il tarixli 3668 nömrəli Sərəncam imzalamışdır. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının  8.1.2 və 8.5.2-ci bəndlərinin icrası ilə bağlı 23.05.2023-cü il tarixində Masallı DAİM-in inzibati binasında bələdiyyələr, ərazi nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərin iştirakı ilə dəyirmi masa ətrafında maarifləndirici görüş təşkil edilmiş və müzakirələr aparılmışdır. Görüşdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri çıxış edərək  2021-2022-ci illər ərzində rayon ərazisində  60 hektar yeni intensiv sitrus bağlarının salındığını, cari ildə də bu istiqamətdə işlərin davam etdiyini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Birdəfəlik subsidiya” mexanizminin tətbiqinin- 1 ha intensv  naringi və portağal  bağına - 9000 manat, 1 ha intensiv limon  bağının salınmasına isə 11000 manat birdəfəlik subsidiya verilməsinin  fermerlərin bu sahəyə marağının artırdığını bildirdilər. Sonda fermerləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.

Keçidlər